Balaş Kərİmov

Keçən ilin sonunda peşəkar məşqçi və çox yaxın dostumuz Balaş Kərimov bizimlə əlaqə saxladı. O, gənc idmançılara dəstək olmaq üçün velosiped və başqa lazımı ləvazimatı almaq xahişi ilə müraciət etmişdi.
Qeyd etmək lazımdır ki, triatlonun məhz velosiped yarışması çox sayda vəsait tələb edir və biz anlayırdıq ki, bu gənclər o xərclərin öhtəsindən gələ bilməyəcəklər.
Yeri gəlmişkən, uşaqlar çox perspektivli gənclərdir. Bu il WTI dünya yarış seriyasının başlanğıcına hazırlaşırdılar.
Və nəhayət keçən cümə klubumuz üçün bu ürəkaçan tədbir baş tutdu: biz sözümüzü yerinə yetirdik. Sözsüz ki, əsas məqsədimiz TRİATLON idman növünü inkişaf elətdirməkdir.
Bu çox ahəngdar bir idman növüdür, yeniyetmələri gözəl, qamətli, dözümlü edir. İstəyirik ki, gənclərimiz bahalı telefonlarla deyil, dayanmadan bir neçə kilometrə qədər üzə bilməsi və ya, məsələn, marafon keçirməsi ilə fəxr etsinlər!
Və sözsüz ki, PMD Group şirkətinin rəhbəri, klubumuzun aktiv iştirakçısı və üzgüçülük üzrə ustad Dəyanət Sadullayevə öz təşəkkürümüzü bildiririk. Oceanman formatında startları səbirsizliklə gözləyirik.

20.05.2020
Daha ətraflı